Modern.az

Dəmir yolu stansiyalarında pulsuz velosiped dayanacaqları quraşdırılır - FOTO

Dəmir yolu stansiyalarında pulsuz velosiped dayanacaqları quraşdırılır - FOTO

Aktual

3 İyun 2020, 12:48

Ekoloji cəhəddən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədi ilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

 

Bu barədə Modern.az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

 

Qeyd olunub ki, hər kəs öz velosipedini dayanacaqda ödənişsiz park edə bilər:

 

"Hal-hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur".

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır