Modern.az

Rayonlarda örüş yerləri üstündə ciddi qarşıdurma var - Vahid Əhmədov

Rayonlarda örüş yerləri üstündə ciddi qarşıdurma var - Vahid Əhmədov

Aktual

5 İyun 2020, 11:56

Milli Məclisin deputatı Vahid Əhmədov bəzi regionlarda örüş yerləri, yaylaqlarla bağlı problemə toxunub.

 

Modern.az xəbər verir ki, deputat parlamentdə çıxışında deyib ki, o zaman Nazirlər Kabineti örüş yerlərinin bölüşdürülməsini yerli İcra Hakimiyyətlərinə tapşırıb:

 

“Həmin örüş yerləri də kənar insanlara verildi. Yerli əhaliyə örüş sahəsi çatmadı. Bəzi rayonlarda bununla bağlı çox ciddi problemlər var. Hesab edirəm ki, biz bununla bağlı xüsusi qanun layihəsi qəbul etməliyik. Ya da Baş Nazir qərar verməlidir. Bu məsələ ilə məşğul olmaq lazımdır. Elə yerlər var ki, bu məsələdə ciddi qarşıdurma yaranır. Çünki bu sahələrin sahiblərinin yuxarıdan dəstəkləyənləri var. Bu yaxınlarda Qubada belə bir ciddi hadisə baş vermişdi. Biz bunun qarşısını çətinliklə ala bildik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır