Modern.az

Evləri təhvil alan kirayəçi sayında dinamik artım müşahidə olunur - Deputat

Evləri təhvil alan kirayəçi sayında dinamik artım müşahidə olunur - Deputat

Aktual

9 İyun 2020, 17:55

“Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Əhalinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir, yeni qurumlar yaradılır. Bu qurumlar sırasında xüsusi çəkiyə malik olanlardan biri də Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondudur”.

 

Modern.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov bildirib.

 

Deputat qeyd edib ki, Fondun yaradılmasının əsas məqsədi əhalinin həyat şəraitinin yaxşılaşdırılması, imkanlarının və yaşayış sahələrinin əlçatanlığının artırılması, maliyyə bazarının inkişaf etdirilməsi, sahibkarların, xüsusilə kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, cəlb edilən maliyyə resurslarının dəyərinin azaldılması, bankların maliyyə risklərinin bölüşdürülməsi və onlara likvidlik dəstəyinin göstərilməsidir:

 

“Qafqaz regionunda ilk ipoteka bazarı operatoru olaraq yaradılmış bu qurum qısa müddətdə tam formalaşıb, MDB və digər ölkələrlə müqayisədə vətəndaş üçün ən əlverişli ipoteka kreditləri şərtlərini tətbiq edən quruma çevrilib. Kreditlər yalnız milli valyutada, sabit faiz dərəcəsi ilə verilir. Bu da öz növbəsində fonda olan marağı daha da artırır. Fəaliyyət göstərdiyi dövr ərzində Fondun vəsaiti hesabına 29 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub, verilən ipoteka kreditlərinin həcmi 1,5 milyard manat civarındadır. Fondun xəttilə 2018-ci ildən etibarən 1077 şəxsə 49 mln. manat məbləğində güzəştli ipoteka krediti, 25 şəxsə isə 859 min manat məbləğində adi ipoteka krediti verilib. Agentliyin sərəncamında olan mənzillərin təxminən 70%-nin satışı Fondun xətti ilə verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib. Eyni zamanda İpoteka kreditləri üzrə zəmanət mexanizmi yaradılıb və 2018-ci ilin sonlarından etibarən tətbiqinə başlanılıb. Həmçinin qısa müddət ərzində - cəmi 1 il – ölkə üçün tamamilə yeni bir məhsul, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi mexanizmi hazırlanıb, əhalinin istifadəsinə verilib. Buraya satmaq öhdəliyi ilə kirayə münasibətlərini tənzimləyən normativ bazanın hazırlanması, zəruri infrastrukturun yaradılması, Bakı, Xırdalan və Sumqayıt şəhərlərində vətəndaşların ehtiyaclarına uyğun və yaşayış üçün tam yararlı, müasir, rahat və təmirli mənzillərin alınması, vətəndaşların müraciətlərinin qəbulu və mənzillərin istifadəyə verilməsi daxildir. Bu mexanizm çərçivəsində Fondun gəlir əldə etməsi məqsədi yoxdur. Vətəndaş tərəfindən həyata keçirilən ödənişlər yalnız mənzilin kirayə verilməsi ilə bağlı xərcləri (mənzilin maya dəyəri, vəsaitin cəlb olunması xərci, sığorta xərci və s.) ödəyir.

 

Qeyd etmək lazımdır ki, qısa müddətdə vətəndaşlara daha operativ, səmərəli və şəffaf xidmət göstərilməsi təmin olunub, müraciətlərin emalının asanlaşdırılması və surətləndirilməsi məqsədilə sənədlərin qəbulu ASAN xidmət mərkəzlərində (ilkin mərhələdə 2 saylı Bakı "ASAN Kommunal" və Sumqayıt "ASAN xidmət" mərkəzləri) təşkil olunub. Məlumat üçün bildirək ki, əhalinin satmaq öhdəliyi ilə kirayə məhsuluna marağı çox yüksəkdir. Karantin dövrünə təsadüf etməsinə baxmayaraq qısa müddət ərzində (10 mart 2020-ci il tarixindən) yaşayış sahəsinin əldə edilməsi məqsədilə 9 minə yaxın insan şəxsi kabinet açıb, 6 mindən çox vətəndaş müraciət edib, 900-dən çox şəxsin sənədi qəbul edilib və artıq 88 kirayəçiyə mənzil təhvil verilib. Hazırda sənəd qəbulu bərpa edilib və evləri təhvil alan kirayəçi sayında dinamik artım müşahidə olunur. Fond həmçinin Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, ölkədə məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsinə, mövcud istehsal və xidmət sahələrinin müasirləşdirilməsinə, genişləndirilməsi və səmərəliliyinin artırılmasına, kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə təmin edilməsinə töhfə verir. Qısa zaman kəsiyində Fondun zəmanəti hesabına müvvəkkil banklar tərəfindən sahibkarlara 85,5 mln.manat məbləğində kreditlərin verilməsi təmin olunub. Bu kreditlər üzrə indiyədək gecikmə halları baş verməyib. Bu kreditlər üzrə Fond tərəfindən 12 mln. manata yaxın subsidiyanın ödənilməsi öhdəliyi götürülüb”.

 

Ceyhun Məmmədovun sözlərinə görə,  Fondun faiz subsidiyaları hesabına zəmanət verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 7,8% təşkil edib  və zəmanət verilmiş kreditlərin maliyyələşdirdiyi layihələrdə hazırda 11,9 min nəfər çalışır və 1,5 mindən artıq yeni iş yerlərinin açılması nəzərdə tutulur:

 

“Həmçinin zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub. Fondun verdiyi zəmanət və subsidiya sahibkarlar üçün olduqca əlverişlidir. Zəmanət üzrə əlavə girov tələb olunmur, zəmanət kreditin əsas borcunun 85%-dək hissəsini əhatə edə bilir, faiz subsidiyası isə 8-10%-dir. Bu da zəmanət verilən sahibkarlıq kreditləri üzrə faiz dərəcəsinin təxminən yarısıdır. Onu da qeyd edək ki, Zəmanətlərin verilməsi şərtləri xeyli yumşaldılıb, xüsusilə kiçik və orta sahibkarların kredit resurslarına çıxışının genişləndirilməsi üçün kreditin məbləğindən (100 min manatadək – yalnız müvəkkil bankın qiymətləndirməsi, 500 min manatadək isə minimal sənədlər tələb olunur) asılı olaraq sadələşdirilmiş sənədləşmə proseduru tətbiq edilir. Həmçinin Fondun təqdim etdiyi xidmətlər üzrə proseslər, Fondun fəaliyyət istiqamətləri üzrə əhalidən müraciətlərin qəbulu, onlara baxılması və rəsmiləşdirilməsi üzrə proseslər tam avtomatlaşdırılıb, mərhələli şəkildə "Elektron ipoteka və kredit zəmanət” sistemi (elektron sistem) tətbiq edilmiş və Elektron hökümət portalına (e-gov.az) inteqrasiya olunub. Eyni zamanda, vətəndaşların müraciətləri elektron sistem vasitəsi ilə qəbul olunur, Fondun elektron sistemində bu günə 90 mindən çox şəxsin elektron kabineti mövcuddur. Fondun bütün əməliyyatları (ipoteka kreditləri, kirayə mənzil, sahibkarlıq kreditlərinə zəmanətlərin və subsidiyaların verilməsi) elektron sistem üzərindən həyata keçirilir. Eyni zamanda, Fondun təqdim etdiyi xidmətlər üzrə (kreditlər üzrə ödənişlər, kirayə, sığorta və zəmanət haqları) ödənişlərin qəbulu tam avtomatlaşdırılmışdır. Bütün bunlar isə Azərbaycanda bank sektorunun və maliyyə bazarlarının sürətlə inkişaf etdiyini, əhalinin həyata şəratinin yaxşılaşdırılması üçün bütün işlərin görüldüyünü göstərir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı