Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.
Modern.az-ın xəbərinə görə, iclasda deputatlarla yanaşı, Maliyyə naziri Samir Şərifov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iştirak edir.
Parlamentin bugünkü iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.