Modern.az

Jalə Əliyeva parlamentdə təkliflə çıxış edib

Jalə Əliyeva parlamentdə təkliflə çıxış edib

Aktual

12 İyun 2020, 19:00

"Bu gün Azərbaycan bütün dünyada güclü bir dövlət modeli ortaya qoymaqdadır. 2019-cu il ölkəmizdə sosial sahədə misilsiz addımların atıldığı bir il kimi dünya tarixinə daxil oldu. Biz ölkəmizin gücünü bu gün bütün dünyanı bürüyən koronavirus adlanan bəlayla mübarizə sahəsində də bariz şəkildə gördük".

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının dördüncü iclasında çıxış edən deputat Jalə Əliyeva deyib.

Parlamentari qeyd edib ki, pandemiya fəlakəti başlayandan bəri onun nəticələrinin ölkəmizə təsirinin daha az olması, bizim az itki, ziyanla bu problemdən xilas olmağımız üçün dövlətimiz müvafiq tədbirlər gördü və bu tədbirlər bu gün də davam etdirilməkdədir:

"Əlbəttə ki, bu da düşünülmüş siyasətin, ölkə rəhbərinin bütün zamanlarda, dövrlərdə atdığı düzgün addımların nəticəsidir. Unutmayaq ki, bundan 10 il əvvəl dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan yan ötdü. Bu da, bir daha  Azərbaycan dövlətinin gücü, qüdrəti sayəsində oldu. Biz pandemiya ilə mübarizədə də əminik ki, yenə də qalib gələcəyik. Arzu edirik ki, bütün dünya ölkələri, həmçinin Azərbaycan bu problemdən mümkün olduqca az itki ilə qurtula bilsin. Əminik ki, belə də olacaq. Çünki bizim arxamızda güclü dövlət dayanır".

Jalə Əliyeva bildirib ki, hazırda müzakirə etməkdə olduğumuz “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin təhlili də ən gözlənilməz, dünya həcmli ən çətin məqamlarda belə ölkəsini və xalqını həmin çətin və gözlənilməz məqamlardan xilas etmək iqtirdarında olan güclü bir dövlətin mövcud uğurlarının mahiyyətini ortaya qoyur:

"Mən fikirlərimi bir neçə kəlmə ilə deputatı oldiuğum rayonların kontekstində davam etdirmək istəyirəm. Belə ki, Zərdab və Ucar rayonları ilə bağlı ötən il büdcə müzakirələri zamanı səsləndirdiyimiz təkliflərdən bir çoxu (7 təklif ) nəzərə alınıb və bəzilərinin artıq icrasına başlanılıb. Bunun üçün təşəkkür edirik. Vaxt dar olduğundan mən plana salınmış və hazırda həyata keçirilməkdə olan işləri sadalamıram. Lakin fürsətdən istifadə edərək, bu gün də həllini gözləyən bəzi məqamları ümumiləşmiş şəkildə səsləndirmək istəyirəm.

Zərdab rayonu üzrə:    

1.Rayonun qazlaşdırılması işinin tamamlanması;

2.Yarımçıq qalmış kanalizasiya tikintisi işlərinin yenidən başladılması;

3. Qəzalı vəziyyətdə olan kənd orta məktəblərinin yeni tikintisinin plana salınması;

4.Rayon mərkəzi xəstəxanası üçün təcili yardım maşınlarının təmin edilməsi;

5.Hər iki rayonun əsas yollarının və kəndarası yollarının əsaslı təmiri;

6.Hər iki rayonun əkin sahələrinin və həyətyanı sahələrin suvarılması üçün sistemin yenidən qurulmasına vəsait ayrılması.

Bu sonuncu təklifimizlə bağlı olaraq bildirmək istəyirəm ki, əkin sahələrinin suvarılması işlərinin inkişafı məqsədiylə cənab Prezidentin ard-arda verdiyi sərəncamlar kənd təsərrufatı ilə məşğul olan hər bir ölkə vətəndaşı tərəfindəm sonsuz minnətdarlıqla qarşılanır. Eyni zamanda deputatı olduğum Zərdab və Ucar rayonlarının sakinlərinin həmin rayonların suvarma sistemlərinin yenidən qurulması və içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı xahişlərini də Milli Məclis tribunasından bir daha səsləndirərək, bu məsələnin həllinə köməklik göstərilməsini xahiş edirik.

Mən iki əhəmiyyətli məqama da toxunmaq istəyirəm. Bu aztəminatlı ailələrdən olan və ciddi müalicəyə və ya əməliyyata ehtiyacı olan uşaqlarla bağlıdır. Bir qayda olaraq, bu qəbildən uşaqlarımız Heydər Əliyev Fondu, şəxsən onun rəhbəri xanım Mehriban Əliyevanın dəstəkləriylə sağlamlıqlarına qovuşurlar. Lakin düşünürük ki, ölkə üzrə icbari tibbi sığortaların tam həcmdə  tətbiqinə qədər, məhz bu təbəqədən olan uşaqların səhiyyə xərclərinin qarşılanması  üçün  xüsusi bir proqramın tətbiqinə ehtiyac var.

Və bir aktual məsələni də diqqətə çatdırmaq istəyirəm. Karantin dövründə məktəbəqədər təhsil müəssisələri bağlandı. Bu gün də həmin vəziyyət davam edir və hələlik nə zaman açılacaqları bəlli deyil. Artıq bütün ölkə üzrə iş yerlərinin fəaliyyəti bərpa edilib. Valideynlər işə çıxmalıdırlar. Burada söhbət analardan gedir. Öhdəsində azyaşlı bir və bir neçə uşağı olan ana, məktəb yaşlıları qoyaq bir tərəfə, necə etsin? Bu uşaqları hara qoysun? Bəzi müəssisə və idarə rəhbərləri onlara öz hesablarına məzuniyyət təklif edirlər. Nazirlər Kabineti yanında Operativ qərargah bu təbəqəyə güzəştlər ediləcəyini açıqlamışdı. Biz qərargahdan məsələni nəzarətdə saxlamalarını və bununla bağlı rəsmi qərar verilməsini xahiş edirik.

Mən sonda bir daha layihəni dəstəklədiyimi və ona səs verəcəyimi bildirirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı