Modern.az

Gədəbəyə yağan qar və dolu rayona ziyan vurdu - İcra Hakimiyyəti

Gədəbəyə yağan qar və dolu rayona ziyan vurdu - İcra Hakimiyyəti

Aktual

22 İyun 2020, 16:51

“Gədəbəyə dünən yağan sulu qar və dolu rayonun 17 yaşayış məntəqəsini əhatə edib”.

 

Bu barədə Modern.az-a Gədəbəy rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Qabil Muxtarov deyib. İcra rəsmisinin sözlərinə görə, rayon ərazisinə yağan budəfəki dolunun miqyası o qədər də geniş olmayıb:

 

“Bəzən dolunun miqyası o qədər geniş olur ki. avtomobillərin dəmir konstruksiyasına da ziyan vurur. Bu dəfə belə hal baş vermədi. Eyni zamanda, Gədəbəyin Şınıx bölgəsində körpü keçidlərə, yollara ziyan dəyib. Rayon rəhbərliyinin diqqəti nəticəsində körpü-keçid bu gün bərpa olunub”.

 

Qabil Muxtarov ziyan dəyən sahələri də qeyd edib:

 

“Gədəbəyə yağan sulu qar və dolu əsasən kənd təsərrüfatına ciddi ziyan vurub. Gədəbəydə az əkilən taxıl, arpa sahələrinə, tərəvəz məhsullarına ziyan dəyib”.

 

Qeyd edək ki, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi proqnazlaşdırılırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı