Türkiyənin Azərbaycandakı səfirliyində koronavirusa yoluxma faktı aşkarlanıb.
Modern.az xəbəri dəqiqləşdirmək üçün Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb.
Səfirlikdən saytımıza verilən açıqlamaya görə koronavirusa yoluxan Azərbaycan vətəndaşıdır:
“Hazırda səfirlik bütün qabaqlayıcı tədbirlərini davam etdirir. Həmin əməkdaş işə çıxmır”.
Məlumat üçün bildirək ki, səfirliyinin əməkdaşlarının çox az hissəsi işə çıxsa da, qalanları onlayn qaydada evdən işlərini davam etdirir.