Modern.az

Qapalı məkanda maska geyin, açıq məkanda məsafə saxla - Komitə sədri

Qapalı məkanda maska geyin, açıq məkanda məsafə saxla - Komitə sədri

Aktual

29 İyun 2020, 14:14

“Hamınıza məlumdur ki, pandemiyanın ilk vaxtlarında dövlət başçısının qabaqlayıcı tədbirləri və vətəndaşlarımızın məsuliyyətli davranışı olduqca müsbət nəticələrə səbəb oldu. May ayının əvvəllərinə qədər sağalanların sayı yoluxanların sayından nisbətdə çox olması səbəbi ilə Operativ Qərargah vətəndaşları düşünərək və bu tendensiyaya arxalanaraq tətbiq olunan karantin rejimində müəyyən yumuşalmalar etdi. Çox təəsssüf ki, bu yumşalmalardan sonra xəstələrin sayının kəskin artmasını müşahidə edirik”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri  Sadiq Qurbanov İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsini şərh edərkən deyib.

 

Komitə sədri bildirib ki, bu günədək Azərbaycanda ümumilikdə 16 424 nəfər virusa yoluxub:

 

“Onlardan 9 026 nəfəri sağalıb, 198-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 7 200 nəfər təşkil edir. Və məsələni təhlil etdiyimiz zaman görürük ki, bu xoşagəlməz artımın kökündə yumuşalmadan süni istifadə edən bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi durur. Və təqdim olunan qanun layihəsi də məhz vətəndaş məsuliyyətinin artırılmasana, eləcə də yoluxma-yoluxdurma hallarının minimuma endirilməsinə xidmət edir”.

 

Sadiq Qurbanov bu qanunun əsas mahiyyətinin epidemiya, karantin şəraitində ehtiyac olmadan bayıra çıxaraq özünün və digərlərinin sağlamlığını təhlükəyə atmasının qarşısını almaq üçün olduğunu qeyd edib:

 

“İkincisi isə mövcud qaydalar əsasında rəsmi icazəniz varsa, müəyyən öhdəliklər daşınmalıdır və çox sadə qayda ilə: 1. Qapalı məkanda maska geyin 2. Açıq məkanda məsafə saxla.

Gəlin etiraf edək ki, qaydaların pozulmadığı halda heç kimə cərimələr tətbiq olunmur. Məhz bu layihədə qanunları pozanlar üçün nəzərdə tutulub. O ki, qaldı cərimələrin artırılmasına, bunun istər fiziki, istər hüquqi, istərsə də vəzifəli şəxslərin məsuliyyətinin artmasına xidmət edəcəyinə inanıram. Praktika göstərir ki, istənilən cəmiyyətdə cərimələrin yüksək olması məsuliyyətlilik ilə düz mütənasiblik təşkil edir. Cənab prezidentimiz İlhan Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan dövləti üçün ən vacib məsələ vətəndaşların sağlamlığının qorunmasıdır. Mən də bu gün vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını düşünərək bu layihənin lehinə səs verdim”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı