Modern.az

Milli Məclisdə su problemi ilə bağlı dinləmələr keçirildi

Milli Məclisdə su problemi ilə bağlı dinləmələr keçirildi

1 İyul 2020, 14:58

"Bu gün parlamentdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində ölkədəki su təchizatı məsələsinin müzakirəsinə həsr edilmiş dinləmələr keçirdik. Həmçinin, bu gün keçirilən dinləmə və müzakirələr hörmətli Sahibə xanımın təşəbbüsü ilə keçirildi”.


Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar., energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün parlamentdə keçirilən dinləmələrdən danışarkən deyib.

 

Komitə sədri qeyd edib ki, spiker Sahibə Qafarova parlamentdə səsləndirilən su problemlərinin çoxluğunu nəzərə alaraq bu dinləmənin keçirilməsi məsələsini qaldırıb:

“Buna görə də Sahibə xanıma xüsusi təşəkkürümü bildirirəm. Həmçinin “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova da dəvətimizi qəbul edib gəldiyi üçün minnətdaram. Maraqlı müzakirələr oldu. Azərbaycanda su ilə bağlı problemlərin mövudluğu və onun aradan qaldırılması yolları ilə bağlı müzakirələr apardıq. İçməli su ehtiyatları barədə də danışıldı. Sonda qərara gəldik ki, əməkdaşlıq edək. Əhalinin içməli su ehtiyatının yaxşılaşdırılması üçün qanunvericilik orqanının dəstəyinə ehtiyac olarsa, biz buna hazırıq və adekvat cavab verə bilərik. Eyni zamanda, konkret məsələlərlə bağlı deputatlarımızın da sualları oldu”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı