Modern.az

İstanbul-Bakı aviareysinə kimlər buraxılacaq? - AZAL-dan AÇIQLAMA

İstanbul-Bakı aviareysinə kimlər buraxılacaq? - AZAL-dan AÇIQLAMA

Aktual

2 İyul 2020, 14:50

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan vətəndaşları ilə yanaşı, İstanbul-Bakı reysinə buraxılan digər sərnişinlər barədə məlumat yayıb.

 

AZAL-dan Modern.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşları ilə yanaşı, İstanbul-Bakı reysinə aşağıdakı sərnişinlər də buraxılır:

 

- Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər;

- Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Xatırladaq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı