Modern.az

Səfir Azərbaycan vətəndaşlarını birliyə çağırıb

Səfir Azərbaycan vətəndaşlarını birliyə çağırıb

Aktual

16 İyul 2020, 09:52

“İyulun 14-də parlamentin önündə baş verənləri təəssüflə izlədim. Hesab edirəm ki, təxribat törədənlərə  “layiq olduqları” münasibəti göstərmək lazımdır”.

Bu fikirləri Modern.az-a açıqlamasında  Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov deyib.

Səfir  təxribatçıların Azərbaycan vətəndaşı olduqlarını təəssüf hissi ilə qeyd edib:

“Qırğızıstan vaxtı ilə səhərə qədər baş verənləri izlədim. Əgər izləməsəydim, kiminsə təxribat söhbətlərinə inanmazdım. Başa düşürəm ki, nələrəsə etiraz etmək olar, ancaq bu formada təxribat yolverilməzdir. “Qarabağ!”,  “Azərbaycan!” qışqırıb sonda öz mənfur simanı göstərmək nə deməkdir?!”.

Hidayət Orucov ən həssas məqamda hər kəsin diqqətli olmasına çağırış edərək, bunun vacibliyini də vurğulayıb:

“Tovuz istiqamətində döyüşlər gedir. İnsanlarımız döyüşmək üçün növbəyə dayanıb. Belə bir məqamda içimizdə təxribatların törədilməsinə yol verməməliyik. Bir tərəfdən Ermənistan təxribatı, onun arxasında dayanan xarici qüvvələr, digər tərəfdən də pandemiya . Təəssüf ki, bəzi şəxslərin törətdiyi təxribat pandemiya və erməni aqressiyası qədər məni məyus etdi”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı