Modern.az

İki gəncin qərarı - Təmtəraqsız, qonaqlarsız yeni ailə cütlüyü

İki gəncin qərarı - Təmtəraqsız, qonaqlarsız yeni ailə cütlüyü

Aktual

17 İyul 2020, 11:19

Kütləvi informasiya vasitələrində Bərdə rayon rəhbərinin öz övladında karantin dövründə xeyir mərasimi keçirməsi haqda məlumatlar yayılıb.

 

Modern.az məsələ ilə bağlı Bərdənin deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruca  müraciət edib.

 

Deputat bildirib ki, məsələdən xəbər tutan kimi icra başçısı ilə dərhal əlaqə saxlayıb:

 

“Bərdə xalqını parlamentdə təmsil etdiyim üçün rayonun icra hakimiyyəti baçısına media təmsilçilərinin suallarına aydınlıq gətiməsi üçün müraciət etdik. Qeyd olundu ki, gənclər bir ilə yaxındır nişanlı idilər və bu ilin iyul ayının 3-də heç bir qonaq, dəvətlilər və mərasim olmadan, yalnız iki gəncin birlikdə nikaha daxil olmasından bəhs etmək olar.

 

Uzun on illər ölkəmizdə şadlıq saraylarında baş verən istismarçılığın, izdihamın və milli ənənələrimizə qəsdin alternativi olaraq yeni davranış nümunələrinin bərqərar olunmasını istəyirdik. Xüsusilə, vəzifə adamlarının, rəhbər şəxslərin, bir sıra hallarda məmuriyyət sistemimizin övladları ilə bağlı təmtərağa qarşı böyük ictimai etirazlar olduğunu bilirdik.Milli adətlərimizin belə bir səviyyəyə gəlib çatması hamımızı narahat edirdi. Mərasim iqtisadiyyatı milli inkişafımızın buxovuna çevrilmişdi. Mənəvi abidəmiz olan islamda da buyurulur-sadə və mütəvazi”.

 

Zahid Oruc cütlüklərin bu hərəkətini nümunəvi addım adlandırıb:

 

“Ona görə də iki gəncin 3 iyulda yeni Azərbaycan ailəsi cütlüyünə çevrilməsi hərəkəti karanatin əleyhinə akt və hazırki müqəqddəs müharibə səfərbərliyimizə zidd hadisə deyil, əksinə nümunəvi addımdır. Dövlət və hakimiyyət orqanları təmsilçilərinə qarşı media şərhləri və təhlillərinə övladların sıravi vətəndaş qiyafəsində qərarı üzərindən qiymət vermək doğru olmaz. Ölkəmizin demoqrafik, mənəvi və etik gələcəyi bizim verəcəyimiz soyuqqanlı qərarlardan çox asılıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı