Modern.az

Elgizin verilişi niyə bağlanır?

Elgizin verilişi niyə bağlanır?

5 İyun 2012, 15:32

““Elgizli axşamlar” verilişi bağlanmır, sadəcə olaraq mövsümlə əlaqədar proqramımızın son buraxılışı iyunun ayının son bazar günü yayımlanacaq”.Bu sözləri Modern.az saytına açıqlamasında “Elgizli axşamlar” verilişinin aparıcısı Elgiz Əkbər deyib. Onun sözlərinə görə “Elgizli axşamlar” verilişi yeni mövsümdə-sentyabrda yenidən efirdə yayımlanacaq.

“İyunun 24-də yayımlanacaq son verilişimizdə bir il müddətində gördüyümüz işlər, nə qədər insanın problemlərini həll etməyimiz, apardığımız müzakirələrin nə ilə nəticələnməsi, udduqlarımız, uduzduqlarımız, kimlərin problemlərinin yarımçıq qalması haqqında məlumatlar yayımlanacaq”.

E.Əkbər yeni mövsümdən proqramda yeniliklərin gözlənildiyini də vurğulayıb. “Yeniliklər çox olacaq. Ana xətt olduğu kimi qalacaq, amma veriliş dəyişik formatda efirə çıxacaq. Ola bilsin ki, bundan sonra proqram canlı yayımlansın və efir saatı artırılsın. Eyni zamanda studiyada, dekorasiyalarda dəyişiklər gözlənilir”.

Elgiz Əkbər yeni mövsümlə əlaqdar ümumiyyətlə ANS-də çoxlu yeniliklərin, yeni layihələrin olacağını qeyd edib.
“Tamaşaçılar bizi izləməyə davam etsinlər. Yeni mövsümdə ANS daha iddialı, maraqlı və rəngarəng olacaq. Ola bilsin ki, mənim özüm də yeniliklərlə qayıdım. Bütün bunlar rəhbərlikdən asılıdır” deyə E.Əkbər əlavə edib.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!