Modern.az

Bu metrostansiyanın ödəmə terminallarından istifadə olunacaq

Bu metrostansiyanın ödəmə terminallarından istifadə olunacaq

11 Avqust 2020, 10:05

11 avqust tarixindən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

 

BNA-dan Modern.az-a verilən məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” stansiyanın vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.

 

Bildirilir ki, sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş olunur. Tövsiyə edilir ki, “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış lüzumsz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -