Modern.az

Messi "Barselona"dan AYRILIR

Messi 

Aktual

21 Avqust 2020, 08:24

İspaniyanın "Barselona" futbol klubunun hücumçusu Lionel Messi baş məşqçi Ronald Kuman ilə söhbətində komandadan ayrılmağı düşündüyünü bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə İspaniyanın "Rac1" radiostansiyası məlumat yayıb.

 

Məlumata əsasən, görüş futbolçunun evində baş tutub. Görüş zamanı hücumçu növbəti mövsüm üçün planlarını bölüşdü. Argentinalı oyunçu etiraf edib ki, Çempionlar Liqasının dörddəbir finalında Almaniyanın "Bavariya" sına məğlub olduqdan (2:8) sonra "Barselona" üçün aydın bir gələcək görmədiyi vəziyyətdən narahat və narazıdır.

 

Klub rəhbərliyi görüşlə bağlı heç bir açıqlama verməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı