Modern.az

Vətəndaşların nəzərinə - Baş Prokurorluq suallarınızı cavablandıracaq

Vətəndaşların nəzərinə - Baş Prokurorluq suallarınızı cavablandıracaq

26 Avqust 2020, 10:53

Baş Prokurorluğun sosial şəbəkədə növbəti sual-cavab sessiyasının vaxtı məlum olub.

 

Qurumun Mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir ki, avqustun 21-də Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində ilk dəfə sual-cavab sessiyası keçirilib: "İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

 

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də, saat 09:00-dan 13:00-dək keçiriləcək.

 

Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...