Modern.az

Binali Yıldırım və xanımı koronavirusa YOLUXDU

Binali Yıldırım və xanımı koronavirusa YOLUXDU

Aktual

3 Sentyabr 2020, 16:00

Türkiyə Cümhuriyyətinin sonuncu Baş naziri Binali Yıldırım və həyat yoldaşı Semiha Yıldırım koronavirusa yoluxub.

Modern.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, bu barədə Binali Yıldırım özünün sosial mediayadakı açıqlamasında bildirib:

"Bu səhər vücudumuzdakı narahatlıq səbəbindən Semiha xanımla birlikdə Ankara Şəhər Xəstəxanasına müraciət etdik. Müayinələr nəticəsində COVID-19 testimizin nəticəsi müsbət oldu. Vəziyyətimiz yaxşıdır",- deyə o bildirib.

 

AKP-nin İzmir millət vəkili B.Yıldırım və xanımı həkim nəzarətinə götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı