Modern.az

İdman dərsləri evdə keçiriləcək

İdman dərsləri evdə keçiriləcək

Aktual

11 Sentyabr 2020, 16:37

İdman dərslərin məktəbin idman zalında olmadan evdən keçirilməsi mümkündür.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, müəllimlərin məktəbə gəlmədən evdən dərs keçməsi yaxşı haldır: “Biz məktəblərdəki sıxlığı aradan qaldırmaq istəyirik. Ona görə də müəllimlər məktəbə gəlmədən evdən də distant dərslər keçə bilərlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi