Modern.az

Namiq Abdullayev millimizin baş məşqçisi təyin olundu

Namiq Abdullayev millimizin baş məşqçisi təyin olundu

Aktual

21 Sentyabr 2020, 13:56

Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar gerçəkləşib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev keçirdiyi mətbuat konfransında açıqlama verib.

 

Federasiya rəsmisi bildirib ki, Oyan Nəzəriani çimərlik güləşi üzrə milli komandanın baş məşqçi sükanı arxasına gətirilib. 

 

Olimpiya çempionu Namiq Abdullayev isə sərbəst güləş üzrə milliyə baş məşqçi təyin olunub. O, yeni vəzifədə Zəlimxan Hüseynovu əvəzləyib.

 

N. Əliyev sərbəst güləş yığmasının bir çox üzvünün Dağıstanda qaldığını və Azərbaycana gələ bilmədiyini söyləyib. O, Abdullayevin bu müddətdə Azərbaycanda qalan yerli idmançılarla hazırlıq keçdiyini xatırladıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq