Modern.az

Goranboyda iki maşın toqquşdu - xəsarət alan var

Goranboyda iki maşın toqquşdu - xəsarət alan var

22 Noyabr 2020, 20:40

Goranboy rayonunda yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Goranboy-Zeyvə yolunda qeydə alınıb.

 

İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Zeyvə kənd sakini Rzayev Şahlar Şahmar oğlu müxtəlif bədən xəsarətləri alıb. Ətrafdakıların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır