Modern.az

Öz kəndinə qaz çəkdirməyən deputat millətin dərdinə necə çarə qılar?! 

Öz kəndinə qaz çəkdirməyən deputat millətin dərdinə necə çarə qılar?! 

Aktual

29 Dekabr 2020, 11:35

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bugünkü iclasında kitabxanaların olmamasına toxunub.

Modern.az xəbər verir ki, deputat buna etirazını bildirib:

“Rayonlarda kitabxanalar yoxdur. Kitab oxumayan millətin gələcəyi olmaz”.

Sabir Rüstəmxanlı deputatı olduğu Yardımlı rayonunun Hamarkənd kəndinə qaz çəkilməməsinə də toxunub:

“Yardımlı rayonundan iki deputatıq. Musa Qasımlı və mən. Hamarkəndə  qaz çəkilməsi üçün 3 km ara var. Sxem çəkilib, amma qaz çəkilməyib. Bunu çəkdirmək mümkün deyil?! Düşünürəm ki, 3 km-dən qaz çəkdirmək büdcəyə yük olmaz. Öz kəndinə qaz çəkdirməyən deputat millətin dərdinə necə çarə qılar?!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?