Modern.az

Ermənilər Şahin Mustafayevdən YARDIM UMUR

Ermənilər Şahin Mustafayevdən YARDIM UMUR

Aktual

27 Yanvar 2021, 09:59

Yaxın günlərdə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Moskvada görüşəcək.


Modern.az
xəbər verir ki, Ermənistan mediası Azərbaycan nümayəndə heyətinə başçılıq edəcək Şahin Mustafayevin əslən Noyemberyan (Barana) rayonunun Cucevan (Barana) kəndində anadan olmasını, Noyemberyanda 2 nömrəli orta məktəbi bitirməsini xüsusilə qabardır.

 

Erməni mediası Şahin Mustafayevin əslən Ermənistandan olması və həmin ərazilərdə böyüməsi faktının həmkarı Mqer Qriqoryanla danışıqlar zamanı hər hansı rol oynayıb-oynamayacağı barədə mühakimə yürüdür.

Onların fikrincə, Mqer Qriqoryan Moskva danışıqları zamanı Azərbaycan tərəfi qarşısında Xocavənddə saxlanılan erməni diversantların azad olunması istəyini qaldıra bilər.  

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi