Modern.az

Rüfət Quliyev deputat həmkarlarından kömək istədi

Rüfət Quliyev deputat həmkarlarından kömək istədi

Aktual

1 Fevral 2021, 17:28

Milli Məclisin deputatı Rüfət Quliyev Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimovla aralarında yaranmış mübahisədən danışıb. 

 

Modern.az  xəbər verir ki, deputat 1 həftə öncə ona tanımadığı nömrədən zəng gəldiyini qeyd edib: “Qəzəbli formada bir səs məndən soruşdu ki, Rüfət Quliyev, sənin Vüsalla, yoxsa BNA-la problemin var?!  Dedim danışan kimdi? Dedi Vüsal Kərimovam. Mən indiyə kimi eşitməmişəm ki, bir qurumun rəhbəri deputatla bu formada danışsın. Bu çox acınacaqlı və təhqiramiz formada danışıq idi. Bu barədə Milli Məclisin rəhbərliyinə də məlumat verdim

Hər bir məsələnin həlli-kökü var. Deputat həmkarlarımdan dəstək istəyirəm".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat