Modern.az

Paytaxtda daha bir piyada vuruldu

Paytaxtda daha bir piyada vuruldu

Aktual

11 Mart 2021, 00:10

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

 

Gəncə prospektində 1982-ci il təvəllüdlü Məmmədov Ənvər Misirli oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub (report).

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi