UEFA Çempionlar Liqasının səkikizdəbir mərhələsində "Yuventus"la dörddəbir finala çıxa bilməyən Kriştiano Ronaldonun ardınca "Barselona"nın ulduz futbolçusu Lionel Messi də tura bilet ala bilmədi.
Modern.az xəbər verir ki, bu iki futbolçu 2004-2005-ci ildən bəri ilk dəfə dörddəbir finalda olmayacaq.
"Barselona" PSJ tərəfindən mübarizədən kənarlaşdırıldıqdan sonra, 2004-2005 mövsümündən bu yana ilk dəfə Çempionlar Liqası dörddəbir final mərhələsi Ronaldo və Messisiz oynanacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında son 1/8 tur həyəcanı PSJ-"Barselona" və "Liverpul"-"RB Leyptsiq" matçları ilə davam etdi. "Porto"nun turnirdən vidalaşdırdığı "Yuventus"dan sonra gözlər PSJ - "Barselona" matçına yönəldi. İlk matçda 4-1 məğlub olan "Barsa" dörddəbir final şansını böyük bir möcüzəyə buraxdı.
Parisdə PSJ ilə cavab görüşündə 1-1 bərabərə qalan katalonlar möcüzəni göstərə bilmədi və Çempionlar Liqası ilə vidalaşdı. Argentinalı Lionel Messi, rəqibi Ronaldo kimi, 2004-2005 mövsümündən bəri ilk dəfə Çempionlar Liqasında dörddəbir finalı görməyəcək.
Həm İtalyan komandası "Yuventus", həm də İspaniyanın "Barselona" komandası ilk oyunlardanrəqiblərinə qarşı üstünlüyünü itirdi. "Yuventus" əlavə edilmiş matçda "Porto"nu məğlub edə bilmədi və Ronaldo 16 il sonra Çempionlar Liqası ilə erkən vidalaşdı. Eynilə, "Barselona"nın dörddəbir finalda PSJ-yə məğlub olması Messi üçün eyni ssenariyə səbəb oldu.
Xatırladaq ki, Çempionlar Liqasında hər iki oyunçu 2004-2005 mövsümündə dörddəbir finalda meydana çıxa bilməyib. Messi 2005-2006 mövsümünün son 1/8 turunda "Çelsi" matçında zədələndiyi üçün mövsümün qalan hissəsini qaçırıb. "Porto" ya qarşı hər iki oyunda qol vurmayan Kriştiano Ronaldo da həmin mövsüm "Mançester Yunayted" lə qruplardan çıxa bilməmişdi.
T.İSMAYIL