Modern.az

“Azəriqaz”da kadr dəyişikliyi - idarə rəisi işdən azad olundu

“Azəriqaz”da kadr dəyişikliyi - idarə rəisi işdən azad olundu

11 Mart 2021, 12:24

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

 

Modern.az xəbər verir ki, baş direktor Ruslan Əliyevin imzaladığı əmrlərlə Fariz Rza oğlu Məmmədov digər işə keçməsi ilə əlaqədar olaraq “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad olunub.

 

Bu vəzifəyə Zaur Ləyaqət oğlu Məmmədov təyin edilib. Z.Məmmədov bu təyinata qədər Bakı Regional Qazın Satışı Departamentinin rəisinin Xəzər rayonu Xidmət Sahəsi üzrə müavini vəzifəsində çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi