Modern.az

Bakıda velosiped oğruları saxlanıldı - VİDEO

Bakıda velosiped oğruları saxlanıldı - VİDEO

Aktual

11 Mart 2021, 14:44

Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində binaların girişlərində quraşdırılan internet provayderlərindən birinə məxsus optik paylayıcı avadanlıqları oğurlayan paytaxt sakini Zaur Məmmədov saxlanılıb.

 

Daxili İşlər Nazirlliyi (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı onun rayon ərazisində ayrı-ayrı binalardan hər birinin qiyməti 520 manat olan 5 ədəd optik internet paylayıcı qurğu oğurlayıb satdığı məlum olub.

 

Həmçinin saxlanılan şəxsin Yasamal rayonunda daha bir yaşayış kompleksinin liftlərindən elektrik lampaları oğurladığı da müəyyən edilib.
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə binaların girişlərində saxlanılan velosipedləri oğurlayan paytaxt sakini Sərxan Muğbilov saxlanılıb. Araşdırma zamanı onun 2 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub. S.Muğbilovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

 

Hər iki faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Z. Məmmədov və S.Muğbilovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi