Modern.az

Narkotik alverçisindən 2 kiloqram heroin götürüldü

Narkotik alverçisindən 2 kiloqram heroin götürüldü

Aktual

12 Mart 2021, 13:32

Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən 2 kiloqram heroin aşkar edilib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Elgün Həsənov tutulub. Onun üzərindən 2 büküm, yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan çox heroin aşkar edilib. E.Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

 

Faktla bağlı saxlanılan şəxs barəsində Səbail RPİ-də Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.

 

E.Həsənovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi