Modern.az

Əfv Komissiyasının iclaslarında daha çox bu müraciətlərə baxılıb

Əfv Komissiyasının iclaslarında daha çox bu müraciətlərə baxılıb

12 Mart 2021, 15:42

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası ümumilikdə 1000-dən artıq müraciətə baxacaq.

 

Modern.az-ın məlumatına görə, komissiya bütün kateqoriyalardan olan müraciətlərə baxır. Mülkiyyət əleyhinə, sağlamlıq əleyhinə cinayətlər, iqtisadi cinayətlər, korrupsiya və rüşvətxorluqla bağlı cinayətlər, məişət zorakılığı ilə bağlı və digər cinayətlərlə bağlı müraciətlər, o cümlədən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə komissiya tərəfindən baxılır.

 

Qeyd edək ki, komissiyanın 8 iclası keçirilib və daxil olan yeni müraciətlərin 850-dən çoxuna baxılıb. Növbəti iclas martın 13-də keçiriləcək.

 

Komissiya iclaslarının gələn həftə yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi