Modern.az

Azərbaycan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq etdi

Azərbaycan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq etdi

12 Mart 2021, 16:28

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi  Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir. Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub. 

 

Rəsmi məlumata görə, yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi üçün danışıqlar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi