Modern.az

Rus senator ürəktutmasından öldü

Rus senator ürəktutmasından öldü

Aktual

13 Mart 2021, 23:59

Tümen vilayətinin Federasiya Şurasındakı nümayəndəsi Mixail Ponomarev vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə RİA Novosti-yə parlamentin yuxarı palatasındakı bir mənbə bildirib.

 


Agentliyin həmsöhbətinin sözlərinə görə, ölüm səbəbi ürək tutmasıdır. Senatorun 67 yaşı var idi.

 


Ponomarev Federasiya Şurası İqtisadi Siyasət Komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2016-cı ildə senator seçilib, bundan əvvəl Tümen Regional Dumasının deputatı idi.


Siyasətçi "Dostluq" və "Şərəf" ordenləri ilə təltif edilib.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi