Modern.az

Fransada peyvəndlənənlərin sayı 5 milyonu ötdü

Fransada peyvəndlənənlərin sayı 5 milyonu ötdü

Aktual

15 Mart 2021, 00:49

Fransada koronavirusa (COVİD-19) yoluxma və itkilər artmaqda davam edir.

 

Modern.az xəbər verir ki, Fransa Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada, son 24 saat ərzində aşkarlanan 26 min 343 yeni yoluxma halı ilə ümumi xəstəlik sayının 4 milyon 71 min 662-yə çatdığı bildirilir.

 

COVİD-19 səbəbiylə son 24 saat ərzində 140 nəfərin öldüyü ölkədə, virusun səbəb olduğu ümumi can itkisi 90 min 429-a yüksəlib.

 

Hazırda 24 min 989 nəfər ölkə daxilindəki xəstəxanalarda müalicə olunur ki, onlardan 4 min 127 nəfəri reanimasiyadadır.

 

Qeyd edək ki, "Pfizer/BioNTech", "Moderna" və "AstraZeneca" peyvəndlərinin tətbiq olunduğu Fransada 5 milyon 72 min 244 nəfər tək doza, 2 milyon 220 min 608 nəfər isə iki doz peyvənd alıb. Hökumət yayadək 30 milyon insanı peyvənd etmək niyyətindədir.

 

Turan ASLAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi