Hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıqlar müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların da hərəkətində çətinliklər var, intervallarda gecikmələr yaranıb.
M.Ağayev qeyd edib ki, sıxlıq:
- Babək prospekti H.Əliyev prospekti istiqamətində;
- Moskva prospektində şəhər istiqamətində;
- Abbasqulu ağa Bakıxanov küçəsi Türkiyə səfirliyi istiqamətində;
- Qara Qarayev prospektində hər iki istiqamətdə;
- Mikayıl Əliyev küçəsi Heydər Əliyev prospekti istiqamətində;
- Ziya Bünyadov hər iki istiqamətdə;
- Abdulvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
- Heydər Əliyev prospekti şəhər istiqamətində müşahidə edilir.