Modern.az

“Bu, qələbə qazanmış Ordunun təlimləridir” - Hərbi ekspert

“Bu, qələbə qazanmış Ordunun təlimləridir” - Hərbi ekspert

15 Mart 2021, 12:59

Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlərinə başlayıb. Bu, Ordumuzun İkinci Qarabağ müharibəsindən sonra keçirdiyi ilk geniş miqyasılı hərbi təlimdir.

Hərbi ekspert Şair Ramaldanov təlimlər haqqında Modern.az-a danışıb. Bildirib ki, Ordu əvəllər də proqram və plan üzrə hər il iri miqyaslı təlimlər keçirib:

"Azərbaycan yenə də döyüş hazırlığı planına uyğun olaraq, Ordunun daha da gücləndirilməsi üçün iri miqyaslı təlimlərə başladı. Təlimlər üçün heç bir narahatçılığa səbəb yoxdur. Bu, qələbə qazanmış Ordunun təlimləridir, ab-hava, ruh yüksəkliyi tamamiə fərqlidir. Təlim keçən heyət döyüş təcrübəsi olan heyətdir, bu cəhətdən də təlimlər çox maraqlıdır. Hazırda dünyada keçirilən bütün təlimlər antiterrorla bağlıdır. Bütün dünya ordularında bu cür təlimlər keçirilir. Azərbaycanda bu mövzuya üstünlük verir, çünki ərazilərimiz yaxın vaxtda düşməndən azad edilib. Düşünürəm ki, bu təlimlərdə də Azərbaycan Ordusu qarşısına qoyulan tapşırığı yerinə yetirəcək və profesionallığını, döyüş hazırlığını daha da yüksəldəcək. Çünki təlimlərin əsas məqsədi döyüş hazırlığının  yüksəldilməsidir".


Mehri QURBAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi