Modern.az

Xaçmazda rus bayramı - Yerli pravoslavlar “Maslenitsanı qeyd etdilər - FOTOLAR

Xaçmazda rus bayramı - Yerli pravoslavlar “Maslenitsa”nı qeyd etdilər - FOTOLAR

Aktual

15 Mart 2021, 15:56

Bütün dünyada olduğu kimi, multikultural və çoxkonfessiyalı ölkəmizin şimal bölğəsində - Xaçmaz rayonunda yaşayan pravoslav xristianlar -  ruslar özlərinin dini bayramları olan “Maslenitsa”nı qeyd etdilər. Martın 14-ü bayramın son günü idi.

 

Xaçmaz rus icmasının sədri Azər Navi ilə bu barədə söhbətləşirik. Onun sözlərinə görə, əsasən pravoslavların qeyd etdiyi “Maslenitsa” xristianlıqdan əvvəlki dövrə təsadüf edir. Bütpərəstlik mədəniyyətindən miras qalan bu bayramı rus icmasının üzvləri -Xaçmazda yaşayan ruslar mütəşəkkilliklə qeyd edir. Pandemiya səbəbindən kütləvi toplaşma olmasa da, tək-tək gələn  insanlar Xaçmaz şəhərindəki kilsədə ibadət edir, ölülərinin ruhuna, ilin uğurlu gəlməsi  və sağlam olmaları üçün dua edirlər. Kilsədə ənənəvi olaraq blinlər bişirilir. "Süd, un və yumurtadan hazırlanan blinlər (blinçiklər. Şəki-Zaqatala  bölgəsində blinçikə süd çörəyi də  deyirlər) bayramın əsas nemətlərindəndir.

 

 

Azər Navi məlumat verdi ki, "Yarilo - yalnız Tanrının  şərəfinə bişirilən blinlər günəşin çıxmasını, qışın yola salınmasını və baharın gəlişini əks etdirir. Yumru, isti, qırmızı blinlər günəşin rəmzi hesab edilir".

 

Sən demə "yarilo" sözü qədim rus dilində günəş mənasında işlənib.

 

Xaçmaz rus icması sədrinin açıqlamasına görə, rayonda digər millətlər kimi, rusların da dini və milli adət-ənənələrini əks etdirən vicdan azadlığının qorunub saxlanılmasına ciddi önəm verilir. Xaçmaz rusları da Azərbaycanın bu tolerant rayonunda sərbəst, bərabərhüquqlu Azərbaycan  vətəndaşları kimi yaşayırlar. Xaçmaz rayon İH-nin başçısı Elnur Rzayev vaxtaşırı icma sədrini qəbul edərək problemləri ilə maraqlanır. Son görüşdə rayon rəhbəri Azər Naviyə xristian qəbiristanlığının bərpa ediləcəyini söyləyib və qəbristanlığa baxış keçirib.
Bir sözlə, Xaçmazda xeyir-şərlərində rus sakinlər tək deyil.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi