Ölkədə mobil notariat tətbiqi istifadəçilərinin sayı 100 mini ötüb.
Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Zaur Həsənov “Bank sektoruna və vətəndaşlara yaradılan rəqəmsal imkanlar: mobil ədliyyə xidmətləri” mövzusunda keçirilən onlayn brifinqdə bildirib.
Z.Həsənov qeyd edib ki, bu da ölkəmizdə ən çox istifadə edilən, dövlət qurumları tərəfindən təqdim edilən ilk üçlüyə aid edilən tətbiqdir:
“Bu günə qədər artıq elektoron notariat vasitəsilə 50-mindən artıq baş etibarnamə verilib. Bu tətbiqdən istifadə edənlərin sayı gün-gündən artmaqdadır. Bu tətbiqdə qeydiyyat üsulu da asandır. Bu günə qədər vətəndaş natariusa müraciət edib kod alırdısa, indi artıq "ASAN loqin"lə qeydiyyatdan keçə bilir”.