Modern.az

Ekoloqlar Zəngilanda monitorinq apardı

Ekoloqlar Zəngilanda monitorinq apardı

Aktual

16 Mart 2021, 14:52

“Azərbaycanın işğaldan azad edilən ərazilərində müharibə dövründə qadağan olunmuş silahların torpağa vurduğu ziyanla bağlı monitorinqlər davam etdirilir”.

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib.

 

"Dövlət başçısının sərəncamı ilə yaradılan Qərargahın işçi qruplarından biri də ekologiya məsələlərilə bağlıdır. İşçi qrupunun tədbirlər planında həmin məsələ öz əksini tapıb. ETSN, FHN, NRYTN nəzdində Nüvə Tədqiqatları Mərkəzi və AMEA-nın Radiasiya Problemləri İnstitutu bu məsələ ilə bağlı müvafiq monitorinqlər keçirir. Ötən həftə işğal olunmuş ərazidə olan ekspedisiya üzvləri qayıdıblar. İlk olaraq prosesə Zəngilandan başlanılıb. Növbəti mərhələdə digər ərazilərdə də keçiriləcək”, - F.Əliyev deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi