Modern.az

Ölkə əhalisinin nominal gəlirləri azalıb

Ölkə əhalisinin nominal gəlirləri azalıb

Aktual

16 Mart 2021, 19:34

İlkin məlumatlara görə, 2021-ci ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri 7979,9 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 4,2 faiz azalıb.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7136,9 milyon manatlıq vəsait qalıb.

2021-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz azalaraq 690,9 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3420,5 manat, qeyri neft-qaz sektorunda 633,1 manat təşkil edib.

 

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 603,4 manat, özəl müəssisələrdə isə 796,3 manat olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi