Modern.az

Ağ Evdə gündəlik koronavirus testi ləğv olundu

Ağ Evdə gündəlik koronavirus testi ləğv olundu

Aktual

16 Mart 2021, 23:42

ABŞ-da Ağ Ev əməkdaşları üzərindən gündəlik koronavirus testləri vermək öhdəliyi götürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat  yayıb.

 

Məlumata əsasən, artıq sözügedən testin həftədə bir dəfə verilməsi kifayətdir.

 

Bu qərar Ağ Ev əməkdaşlarının bir çoxunun vaksinasiyasının tamamlanması ilə izah olunur.

Bununla yanaşı, prezident sarayının rəsmi təmsilçisi Kevin Munozun sözlərinə görə, virusla bağlı digər məhdudiyyətlər olduğu kimi saxlanılır. Əməkdaşlar əvvəlki kimi, yenə də maska taxmalı və sosial məsafəyə diqqət etməlidirlər.

 

Qeyd edək ki, Ağ Evdə gündəlik COVID testləri və N95 respirator-maskaların taxılması məcburiyyəti Baydenin prezident seçilməsindən sonra tətbiq olunmuşdu.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi