Modern.az

Gəncədə yol qəzası - yaralılar var

Gəncədə yol qəzası - yaralılar var

Aktual

17 Mart 2021, 00:20

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Nizami məqbərəsi yaxınlığında qeydə alınıb.

 

Hərəkətdə olan "Isuzu" markalı yük maşını idarəetmədən çıxıb. Nəticədə yük maşını yol kənarındakı səkiyə çırpılıb. Qəza zamanı sürücü və onun sərnişini ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi