Modern.az

Sabirabadda ağır yol qəzası - 1 ölü, 4 yaralı

Sabirabadda ağır yol qəzası - 1 ölü, 4 yaralı

Aktual

17 Mart 2021, 00:43

Sabirabad rayonunun Nizami kəndində ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhramtəpə avtomobil yolunda qeydə alınıb.

 

Bakı sakini, 1976-cı il təvəllüdlü Hacıyev Bəxtiyar Ağabala oğlunun idarə etdiyi "Kia" markalı 99-RN-407 dövlət nömrə nişanlı və Sabirabad rayonunun Moranlı kənd sakini, 1981-ci il təvəllüdlü Mehdiyev Samir Fərhad oğlunun idarə etdiyi "VAZ 2115" markalı 90-RZ-915 dövlət nömrə nişanlı avtomobillər sürətlə hərəkətdə olarkən toqquşublar. Daha sonra "VAZ 2115" markalı avtomobil "Shacman" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "VAZ"- sürcüsü hadisə yerində dünyasını dəyişib.

 

Digər avtomobilin sürcüsü və sərnişinlər - Bakı sakinləri, 1986-cı il təvəllüdlü Səfərov Rəşad Elbrus oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Əli Mövlud oğlu, 1979-cu il təvəllüdlü Hacıyev Bayram Nazim oğlu və 1976-cı il təvəllüdlü Hacıyev Bəxtiyar Ağabala oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş DYP İdarəsi tərəfindən araşdırma aparılır (apa).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi