Modern.az

Samuxda qanunsuz ov edən saxlanıldı

Samuxda qanunsuz ov edən saxlanıldı

Aktual

17 Mart 2021, 08:43

Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində Gəncə şəhər sakini Rəşid Əsgərovun, özünəməxsus, müvafiq icazə sənədləri olan “Valter” markalı tüfənglə Samux rayon ərazisində qanunsuz olaraq çöl quşlarını ovlaması müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Modern.az-a verilən məlumata görə, R. Əsgərov qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti orqana göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi