Modern.az

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

Aktual

17 Mart 2021, 20:00

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu martın 19-u saat 12:00-da keçiriləcək.

 

Modern.az quruma istinadən verdiyi xəbərə görə, baş direktor Ruslan Əliyev Şabran rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov Qusar rayonu, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov isə Quba şəhəri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

 

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi