Modern.az

TƏBİB məhkəməyə verildi

TƏBİB məhkəməyə verildi

20 Mart 2021, 21:17

Azərbaycanda daşımalarla məşğul olan şirkət TƏBİB-i məhkəməyə verib.

 

Modern.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı "Logistika və Təchizat Zənciri Biznesinin İdarə Edilməsi Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edib.

 

Şirkət Bakı Kommersiya Məhkəməsində TƏBİB-ə qarşı iddia qaldıraraq qurumun sifarişi ilə daşımalar həyata keçirsə də, qarşı tərəfin müqaviləyə uyğun olaraq öhdəliyini həyata keçirmədiyini bildirib.

 

MMC-nin TƏBİB-ə qarşı məhkəmə şikayətinə hakim Fərrux Qasımovun sədrliyi ilə martın 29-da baxılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə