Modern.az

Şəhid övladları ilə virtual görüş - FOTO

Şəhid övladları ilə virtual görüş - FOTO

20 Mart 2021, 21:27

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Bakı Şəhəri üzrə Təhsil  İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində oxuyan şəhid övladları ilə virtual görüşdə çıxış edib.


Modern.az xəbər verir ki, deputat öz çıxışında I və II Qarabağ müharibəsindən, tarixi zəfərimizdən, Vətən övladlarının göstərdiyi misilsiz qəhrəmanlıqlardan söz açaraq, bu ilki Novruz bayramında Şuşada, işğaldan azad olunmuş digər şəhər və rayonlarımızda bayram tonqalları qalaya bildiyimiz üçün ilk növbədə şəhidlərimizə minnətdar olduğumuzu deyib.

 

“Şəhidlərin ruhu qarşısında dərin ehtiramla baş əyirik!” deyən Q.Paşayeva, şəhid övladlarının ömrü boyu başı uca, alnı açıq, üzü ağ yaşayacağını söyləyib.


Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbəni dövlət-xalq birliyinin, Azərbaycanın haqlı davasının, xalqımızın qəhrəmanlıq irsinin təntənəsi kimi dəyərləndirən Q.Paşayeva, qələbəmizin, şəhdilərimizin qəhrəmanlığının orta məktəblərində təbliği və öyrənilməsini alqışlayıb, təqdir edib.


“Əziz şəhid övladları! Siz əziz şəhidlərimizin bizə yadigarısız! Bizlər sizləri öz ailə üzvlərimizdən seçmirik, sizlər də bizim balalrımızsız, doğmamızsız. Düşmən üzərində qələbə münasibəti ilə təbriki, sevinci, qüruru ən çox siz  haqq edirsiz. Sizi bağrımıza basır, öpür, yeni uğurlar diləyirəm!”

     
Tədbirdə Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, General-mayor Polad Həşimovun anası Səmayə Həşimova,  “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə  xanım Cəfərova, Xalq artisti Nurəddin Mehdixanlı və şagirdlər çıxış edib, Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Vətən oğullarına həsr olunmuş videoçarxın nümayiş olunub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə