Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəsində yaşayan Azərbaycan türklərini Novruz bayramı münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, hökumət başçısı təbrik müraciətini feysbuk səhifəsində yayıb.
İ.Qaribaşvili qeyd edib ki, Novruz bayramı yeni il və yeni həyatın başlanğıcının simvoludur.
"Azərbaycanlı vətəndaşları gözəl bahar bayramı münasibətilə təbrik edirəm. Onların hər birinə əmin-amanlıq, xoşbəxtlik, tərəqqi və firavanlıq arzulayıram", - deyə Baş nazir yazıb.