Modern.az

Moskvada Yunus Əmrəyə heykəl qoyulacaq

Moskvada Yunus Əmrəyə heykəl qoyulacaq

Aktual

21 Mart 2021, 18:05

Moskva Dövlət Dumasının mədəniyyət və kütləvi kommunikasiyalar komissiyası Rusiya paytaxtında türk şair və mütəfəkkiri Yunus Əmrənin heykəlinin ucaldılması təklifini müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə komissiyanın sədri Yevgeni Gerasimov məlumat verib. Onun sözlərinə görə, komissiyanın üzvləri səs çoxluğu ilə türk şair və mütəfəkkirinin heykəlinin ucaldılmasını dəstəkləyiblər.

 

Yunus Əmrənin heykəli Moskvadakı “Muzeon” İncəsənət Parkında ucaldılacaq. Eyni zamanda, Ankarada ilk kosmonavt Yuri Qaqarinin abidəsinin ucaldılacağı da gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə