Modern.az

Qaxda 10 santimetrdən çox qar yağıb

Qaxda 10 santimetrdən çox qar yağıb

Aktual

22 Mart 2021, 10:51

Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit, yağışlı hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Martın 22-si gecə saatlarından başlayaraq bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 10-15 santimetr təşkil edir.

Yağan qar sakinlər üçün problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir. Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə