Modern.az

Süfrəmizə gətirdiyimiz DÜŞMƏN

Süfrəmizə gətirdiyimiz DÜŞMƏN

Aktual

22 Mart 2021, 11:42

Ərşad Əzimzadə,
“Ana Təbiət” NGM-nin rəhbəri,
yazıçı-jurnalist

 

Sağlamlığı baltalayan və insanı ömrünü gödəldən düşməndlərdən söz açacağıq. Onlara xalq arasında, haqlı olaraq, “ağ ölüm” deyirlər.


Sağlamlığın çox güclü qənimi olan bu üçlüyə xörək duzu, şəkər və narkotik maddələr daxildir. İnsanın həm canını, həm də ağlını əlindən alan, çox vaxt gətirib intihara çıxardan narkotik maddənin törətdiyi cinayət haqqında hamının az-çox təsəvvürü olduğu, hamı tərəfindən bəşəriyyətin düşməni kimi qəbul olunduğu, həm nisbətən az adam tərəfindən qəbul olunduğu üçün, ondan ətraflı danışmağa ehtiyac duymuram.

Lakin hamı tərəfindən sevilən şəkərlə duzun vurduğu zərbə üzərində ətraflı danışmağı vacib sayıram. Hər gün bir neçə dəfə böyük ləzzətlə nuş etdiyimiz duzdan başlayaq.


Bizə duz lazımdırmı? Əlbəttə lazımdır! Lakin Natrium Xlor şəkilində yox, üzvi duzlar şəkilində.


Çox təəssüf ki, analarımız dadbilmə üzvlərimizi, biz hələ ana bətnində olanda, xörək duzuna öyrədiblər, bizi ondan asılı vəziyyətə salıblar. Biz xörək yeməyə başlayandan sonra bu asılılıq daha da güclənib.


Əslində, orqanizmin Natrium Xlora ehtiyacı yoxdur, o, canlı hüceyrənin düşmənidir. Elə buna görə də heç bir heyvan ondan istifadə etmir. İnsana Kalium, Kalsium, Maqnezium, Fosfor və s. kimi üzvi duzlar lazımdır, onlar da bitkilərdə kifayət qədər var. Özü də digər faydalı elementlərlə təbii düzülüşdə mövcuddur.


Bu zərərli elementin orqanizmə vurduğu zərbə ona görə güclü olur ki, biz duzu özümüzə dost bilirik və ondan gündə bir neçə dəfə istifadə edirik, özü də bol-bol. Biz elə duzpərəstlər tanıyırıq ki, xörək süfrəyə gələn kimi, tamını dadmadan, duzu xışmalayıb tökür ona. Kababa meylin güclənməsini də müştəri yığan kababçıların ətə həddən çox duz vurması ilə izah etmək lazımdır.


Dünyanın naturopat alimləri Herbert Şelton, Pol Breqq, Norman Uoker, Abram Zalmanov, Katsudzo Nişi güclü tədqiqatlar apararaq, yekdilliklə bu qənaətə gəliblər ki, xörək duzu insan orqanizminə güclü zərbə vurur. Bu dahilər tövsiyə edirlər ki, Natrium Xloru çiy bitkilərlə, ədviyatlarla əvəz edək. Buna iradəsi çatmayanlar, heç olmasa, gündəlik normanı azaltsınlar. Alimlər gündə 4 qram duzu yuxarı hədd sayırlar.


Xörək duzunun canlı hüceyrələri öldürməsinə şübhə edənlər onu yada salsınlar ki, meyvələri və tərəvəzləri duzun köməyi ilə uzun müddət saxlamaq olur. Çünki duz orda canlı hüceyrə qoymur. Şoraba - ölü qidadır. Onu “ləzzətli” edən duzdur. Turşuda (şoraba) faydalı heç bir element qalmır. Özünüzü aldatmayın. İnsanı çox yeməyə şirnikdirən şoraba çox zərərlidir.


Növbəti yazımızda o biri “ağ ölüm”dən - şəkərdən danışacağıq.


ALLAH XALQIMA DƏRİN ZƏKA VƏ GÜCLÜ İRADƏ BƏXŞ ELƏSİN! 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə