Modern.az

Sabahın hava PROQNOZU - Meteohəssas insanlara XƏBƏRDARLIQ

Sabahın hava PROQNOZU - Meteohəssas insanlara XƏBƏRDARLIQ

Aktual

22 Mart 2021, 12:20

Martın 23-də  gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

 
Milli Hidrometeorologiya Xidmətinin Modern.az-a verdiyi məlumata görə, martın 23-də

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq,  əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 13-17 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 753 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. 

 

Martın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin akin gecə və axşam bəzi yerlərdə  yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə  duman olacaq.  Cənub-qərb küləyi arabir güclənəcək.  Havanın temperaturu  gecə 4-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  5-8 dərəcə isti  olacaq.

 

Tibbi-meteoroloji proqnoz - Martın 23-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi  meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə